Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında həndbol üzrə dünya çempionatı keçirilir. 

Offsideplus.az xəbər verir ki, kişi həndbolçulardan ibarət Azərbaycan millisi D qrupundakı ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib.

İlk turda ev sahiblərinə uduzan yığmamız Afrika təmsilçisinə 17:35 hesabı ilə məğlub olub.

Milli komanda qrupdakı son oyununda Qvatemala ilə qarşılaşacaq.