Rusiyanın kişilərdən ibarət basketbol üzrə yığma komandası 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının təsnifat turnirində iştirak etməyəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) İcraiyyə Komitəsi qərar qəbul edib.

Rusiya seçməsinin yerinə yarışa Bolqarıstan komandası daxil olunub.