23 yaşlılardan ibarət həndbol seçməmizin inkişaf etməkdə olan ölkələrin çempionatında rəqibləri bəlli olub.

Offsideplus.az xəbər verir ki, Beynəlxalq Həndbol Federasiyasının (IHF) Bazeldəki mənzil qərargahında keçirilən püşkatma mərasimində yığmamız D qrupunda Bolqarıstan və Nigeriyaya rəqib olub.

Püşkatmanın nəticələrinə görə iştirakçı 12 komanda hərəsində üç yığma olmaqla aşağıdakı qruplarda yarışacaqlar:

“A” - Malta, Andorra, Hindistan
“B” - Kipr, Moldova, Avstraliya
“C” - Böyük Britaniya, Kuba, Qvatemala
“D” - Azərbaycan, Bolqarıstan, Nigeriya

Qrup qalibləri yarımfinalda mübarizəni davam etdirəcəklər.

Qeyd edək ki, yarış aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində keçiriləcək.