Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında XI turun proqramı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, hər iki liqada turun oyunları eyni gündə keçiriləcək.

Kişi voleybolçular martın 9-da, qadınlar isə bir gün sonra meydana çıxacaqlar.

9 mart
Yüksək Liqa (kişilər)
IV dövrə (XI tur)
16:00. “Murov” - MOİK (CBC sport-canlı)
18:00. “Xarı bülbül” - “Neftçi”

10 mart
Yüksək Liqa (qadınlar)
IV dövrə (XI tur)
16:00. “Abşeron” - “Azərreyl”
18:00. UNEC - “Murov”