Bakıda kişi həndbolçuların AVRO-2026-nın seçmə mərhələsinin oyunları yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi üçüncü turda Kiprlə qarşılaşıb. Matç kiprlilərin 32:23 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan turnir cədvəlini üçüncü pillədə başa vurub.

Maltaya 44:14 hesabı ilə qalib gələn Böyük Britaniya qrupu lider bitirib.