Kişi həndbolçulardan ibarət Azərbaycan yığma komandası Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində bu gün növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu komanda 2-ci görüşündə Böyük Britaniya ilə qarşılaşıb. Oyun rəqibin 39:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda isə Kipr Maltaya 47:26 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Maltaya 34:25 hesabı ilə qalib gəlib, Böyük Britaniya isə Kiprlə heç-heçə edib - 25:25.