Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir görüş baş tutub.

Offsideplus.az xəbər verir ki, I tur çərçivəsində “Murov” “Neftçi” ilə üz-üzə gəlib.

Voleybol Mərkəzində təşkil olunan qarşılaşmaya üstün başlayan “Neftçi” ilk setdə 25:20 hesabı ilə qalib gəlib. İkinci hissədən təşəbbüsü ələ alan “Murov” sonrakı setlərdə 25:15, 25:17 və 25:14 hesabı ilə qələbə qazanıb – 3:1.

Bununla da ilk turdan sonra aktivinə 3 xal yazdıran “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK isə turu xalsız başa vurub.

Azərbaycan çempionatı
Yüksək Liqa (kişilər)
I tur
“Murov” - “Neftçi 3-1 (20:25, 25:15, 25:17, 25:14)