Azərbaycan yığmasının voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi Macarıstanın "Vaşaş" klubu ölkə kubokunda yarımfinala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Macarıstan çempionu 1/4 finalın ilk görüşündə olduğu kimi, cavab oyununda da “MTK”ya 3:0 hesabı ilə qalib gələrək adını növbəti mərhələyə yazdırıb.

Millimizin kapitanı matç ərzində komandasına 5 xal qazandırıb.