Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu bu gün Çağırış Kubokunda mübarizəyə start verib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan klubu 1/32 final mərhələsinin ilk oyununda Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib. Qarşılaşma "Azərreyl"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasındakı cavab görüşü noyabrın 30-da eyni arenada keçiriləcək.