Basketbol üzrə qadınlardan ibarət ABŞ yığma komandası Avstraliyada keçirilən dünya çempionatının qalibi olub.

Offsideplus.az xəbər verir ki, yığma komanda finalda Çini 83:61 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda görüşdə Avstraliya Kanadaya qalib gəlib – 95:65.

ABŞ komandası tarixində 11-ci dəfə dünya çempionatında qızıl medal qazanıb.