“Nitsa”nın hücumçusu Mario Balotelli klubunu dəyişməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu karyerasını “Marsel”də davam etdirəcək. Çünki klubla futbolçu arasında aparılan danışıqlar müsbət nəticələnib. İtaliya millisinin üzvü “Marsel”in 2 illik müqavilə təklifini müsbət cavablandırıb. Bəzi xırda detallar qalıb ki, bunun müzakirəsindən sonra 28 yaşlı oyunçunun keçidi rəsmən elan ediləcək.

Qeyd edək ki, Mario Balotelli “Nitsa”ya 2016-cı ildə “Milan”dan keçib.(apasort.az)