Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan seçmə komandaları beynəlxalq “Pro Tur” yarışlarında iştirak edirlər.

Offsideplus.az xəbər verir ki, oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində, 20-dən 22-dək Polşanın Vladislava şəhərində keçiriləcək turnirlərdə çıxış edəcəklər.

Qızlar isə mayın 17-dən 19-dək Vladislavada, 20-dən 22-dək Berlində təşkil olunan yarışlarda etimadı doğrultmağa çalışacaqlar. Beynəlxalq turnirlərdə Azərbaycanı oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə, Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova təmsil edir. 

Qeyd edək ki, bu turnirlərdə iştirakın əsas məqsədi iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıqdır.