Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşlərinə start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə təmsilçimiz “Azərreyl” “Ştiinta” (Rumıniya) ilə üz-üzə gələcək. Qarşılaşmanın gərgin keçəcəyi gözləniləndi. Çünki səfərdə 1:3 hesablı məğlubiyyət və “dəmiryolçular”ın son aylarda oyun təcrübəsinin kifayət qədər olmamağı rumınların lehinə işləyə bilər.

“Azərreyl” mərhələ adlamaq üçün 3:0 və ya 3:1 hesablı qələbə qazanmalıdı ki, matçın taleyini “Qızıl set”ə daşısın. Əgər qonaqlar paytaxt klubundan 2 set alıb, məğlub olsa belə, 1/8 finalda iştirak hüququna yiyələnəcəklər.

“Çelenc Cup”

1/16 final, cavab oyunu

9 yanvar

18:00. “Azərreyl” (Azərbaycan) - “Ştiinta” (Rumıniya)

Hakimlər: Teodora Kiriopoulou (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)

Bakı. Voleybol Mərkəzi

İlk oyun: “Ştiinta” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) - 3:1 (25:23, 25:20, 22:25, 25:18)

“Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova

“Ştiinta”: 1. Melinda Sipos, 2. Adriana Roqojinaru, 4. Anamariya Berdila, 5. Alise Kapelovies, 6. Mihaela Albu, 7. Ana Kristina Cazacu, 8. Loredana Filipas, 9. Ana-Mariya Lupa, 10. İrina-Kristina Radu, 12. Georgina Fales, 13. Aleksandra Ciucu, 16. Lorena Raisa Ciocian

apasport.az