Qadın voleybolçulardan ibarət milli komandaların yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, beynəlxalq voleybol federasiyasının (FIVB) açıqladığı siyahıda millimiz 113 xalla dünyanın 52-ci komandasıdır.

Seçməmiz eyni xala malik olduğu Finlandiya və Boliviyadan əlavə göstəricilərdə geri qalır.

Siyahıda ilk 3-lükdə ABŞ (379), Braziliya (366) və Çin (350) milliləri yer alıblar.