“Liverpul”un baş məşqçisi Yurgen Klopp dünyanın ən yaxşı çalışdırıcısı seçilib.

Offsideplus.az   xəbər verir ki, mütəxəssis Almaniya Bundesliqasında çıxış edən futbolçular arasında keçirilən sorğunun qalibi olub.

18 klubdan 248 oyunçunun qatıldığı sorğuda Klopp səslərin 35,7 faiz toplayıb. Almaniyalı mütəxəssis “Mançester Siti”nin ispan çalışdırıcısı Pep Qvardiolanı arxada qoyub. Sonuncu 31,1 faiz səs yığıb.

 Qeyd edək ki,  Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir.(apasport.az)