Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komandamız 4-cü tur çərçivəsində Bolqarıstanı qəbul edib.

Tərəflərin ilk görüşündə xalsız məğlub olan yığmamız bu görüşdə mütləq qələbə qazanmalı idi. Doğma meydanda baş tutan qarşılaşma gərgin keçib. Millimiz möhtəşəm azarkeş dəstəyi qarşısında ehtimalı doğruldub və meydandan qalib ayrılıb.

Bununla komandamız aktivinə növbəti 3 xalı yazdıraraq Bolqarıstanla xallarının sayını bərabərləşdirib.

Qızıl Avropa Liqası

IV tur

Azərbaycan - Bolqarıstan 3:1 (25:20, 23:25, 25:21, 25:21)