Türkiyə millisinin sabiq üzvü Hakan Şükür Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə xalqımızı təbrik edib. 

Offsideplus.az xəbər verir ki, veteran hücumçu bununla bağlı "Tvitter" hesabında yazıb: "Tək millət, iki dövlət, qardaş ölkə. Can Azərbaycanın 100 illik yubileyini təbrik edirəm. Sonsuza qədər müstəqil və qardaş olmaq diləyi ilə".

 Qeyd edək ki, FETÖ-cü kimi ittiham olunan H.Şükür Türkiyədən qaçaraq ABŞ-da məskunlaşıb.(qol.az)
 
fotka