Qadınlardan ibarət voleybol üzrə İtaliya yığması Avropa çempionu olub.

Offsideplus.az xəbər verir ki, Davide Matsantinin yetirmələri finalda ev sahibi Serbiyanı 3:1 hesabı ilə məğlub edərək ali titula yiyələniblər.

Qeyd edək ki, bu, İtaliyanın tarixi ərzində üçüncü Avropa çempionluğudur.