Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində növbəti oyununu keçirib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə, bu dəfə rəqib Niderland yığması olub. Görüş "narıncılar"ın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:13, 25:16).

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Macarıstana uduzub - 2:3. Son oyun bu gün Çexiyaya qarşı olacaq.