Kişi voleybolçulardan ibarət yığma komandamız AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Gürcüstanda təşkil olunan 1-ci dövrənin son matçında lider Yunanıstanla qarşılaşıb.

Tiflisdəki Voleybol Arenasında baş tutan görüş seçməmizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yunanlar ilk setdə 25:21, ikinci setdə 25:19, üçüncü setdə isə 25:18 hesabı ilə üstün olublar.

Bu qələbədən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir. 3 xalı olan Azərbaycan millisi isə üçüncüdür. Komandamız ilk turda Monteneqroya 1:3 uduzub, ardından meydan sahibi Gürcüstana qalib gəlib – 3:0.