Futzal üzrə Yunanıstan yığmasının baş məşqçisi Con Ziavas Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Azərbaycana 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qarşılaşma ilə bağlı deyib:

“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.