Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Yunanıstana 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, təcrübəli braziliyalı mütəxəssis oyunla bağlı bunları deyib:

“Qələbə və final mərhələsinə vəsiqə qazanmağımız münasibəti ilə komandamı təbrik edirəm. Təxminən iki aydan bir qədər artıq idi ki, məşq edir, oyunlar keçirirdik. Komanda indi-indi mən istəyən oyunu göstərməyə başlamışdı. Əlbəttə, mövcud çətin vəziyyətdə bizə kömək etdiyinə görə AFFA və Futzal Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Uzun fasilədən sonra biz ağır məşqlər keçdik, tədricən toparlanmağa başladıq".

O, Avropa çempionatının final mərhələsinin olduqca çətin keçəcəyini bildirib:

"İşimizin öhdəsindən gəlsək də, çox işləməliyik. Avropa çempionatının final mərhələsi çox çətin keçəcək. Ora daha güclü komandalar vəsiqə qazanıb. Ümid edirəm ki, pandemiya tezliklə başa çatacaq və rahat şəkildə məşqlər edəcəyik”