Futzal millimiz sabah Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, seçməmiz bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq.

Qonaqların yığmamızla oyun üçün heyəti açıqlanıb:

Yunanıstan yığmasının heyəti: 

Qapıçılar: Dimitris Zervas (Doukas), Theofilou Dimitrios (AEK) 

Oyunçular: Dimitrios Karavidas (Doukas), Çaralampos Stavrakopulos (Doukas), İoannis Delaportas (AEK), Gaifillias Apostolos (Panatinaikos), Andreas Tarnanidis (AEK), Antonios Kontogeorgis (Neo İkonio), Datis Marios (AEK), Spiridon Kondilatos (Doukas), Qusis Panagiotis (AEK), Dimitrios Karidas (AEK), Floros Axilleas (Doukas), Papakostas Spiridon (Panatinaikos) Qritzalis Spiridon (Hermes Painter), Mixalitsis Efthimios (AEK).

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək oyuna saat 19:00-da start veriləcək və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.