Futzal millimizin əsas qapıçısı Rövşən Hüseynli zədələnib.

Offsideplus.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində Slovakiya yığması ilə görüşün (1:1) sonlarında rəqib futzalçı ilə toqquşan qolkiper oyunu tərk edib.

Onun əvəzinə meydanda Emin Kürdov daxil olub.