ABŞ-ın "Phoenix Risinq" klubunun ulduz futbolçusu Didye Droqba maraqlı əhvalatla yadda qalıb.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı hücumçu oyunun 71-ci dəqiqəsində künc zərbəsi yerinə yetirməyə hazırlaşarkən, yaxınlığında əyləşən uşaqların masasından suyu götürərək içib. Daha sonra onun ötürməsi qolla nəticələnib. Azarkeşlər və futbolçular bu hadisəni gülüşlə qarşılayıblar. Droqba özü də buna xoş reaksiya verib və yenidən həmin su şüşəsini götürərək içib. Həmin görüntüləri təqdim edirik: