Azərbaycanda mini futbolu inkişaf etdirmək və kütləviləşdirilmək məqsədi ilə təsis edilmiş Azərbaycan MiniFutbol Assosiasiyası (AMFA) "Alfa Liqa" adlı yeni layihəsini futbol həvəskarlarına təqdim edib. 

Offsideplus.az xəbər verir ki, dünən Bakı Biznes Mərkəzində Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol üzrə Alfa Liqanın püşkatma mərasimi keçirilib.

Tədbir açıq elan edildikdən sonra söz Azərbaycan Mini Futbol Federasiyasının baş katibi Azər Hüseynova verilib. O, çıxışında minifutbol üzrə yığma komandamızın baş məşqçininin adını elan edib. Məlum olub ki, yığmamızı PRO kateqoriyalı mütəxəssis, hazırda futzal üzrə Yüksək Liqada 2-ci pillədə qərarlaşan "Marafon" komandasının “sükanı arxasında” olan Elşad Quliyev çalışdıracaq. Videorolikin nümayişi ilə paralel Alfa Liqanın formatı və qalibə veriləcək kubok haqqında danışan Hüseynov, çempion olacaq komandanın ölkəmizi sentyabr ayında Sloveniyada təşkil olunacaq minifutbol üzrə Avropa Çempionlar Liqasında təmsil edəcəyindən də bəhs edib. Daha sonra çempionatın püşkatmasına start verilib.

Əvvəlcə 8 qrupun birinciləri müəyyənləşdirilib, daha sonra hər qrupda yer alacaq 2-ci, 3-cü və 4-cü komandaların adlarına aydınlıq gəlib. Qrupların tərkibinə aydınlıq gəldikdən sonra MiniFutbol Federasiyasının baş katibi Azər Hüseynov Alfa Liqanın qaydaları və normativləri haqqında məlumat verib.

 

1

s 2

s3

s4

s5

s6