Tennis üzrə "Australian Open"də kişilərin fərdi mübarizəsində Novak Çokoviç qalib gələrək çempion olub.

Offsideplus.az xəbər verir ki, serbiyalı raketka ustası finalda rusiyalı Daniil Medvedev üzərində qələbə qazanıb: 7:5, 6:2, 6:2.

Beləliklə, Cokoviç karyerasında 18-ci dəfə Böyük Dəbilqə seriyalı turnirlərin qalibi olub. Bunların yarısı və ardıcıl üçüncüsü "Australian Open"ə təsadüf edib.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib. Qadınların fərdi mübarizəsində qalib adını yaponiyalı Naomi Osaka qazanıb.