Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova yığmadan gedişinin səbəbini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, o gedişinin səbəbini Braziliyadakı çıxışı ilə əlaqələndirib: “Milli komandada keçirdiyim 13 illə bağlı həqiqətən də çox yaxşı xatirələrim var. İndi mən yığmadakı beynəlxalq karyeramı bitirirəm. Çünki mən Braziliyada çıxış edirəm. Dünyanın bir başından digərinə getmək, qısa müddətdə fərqli qurşağa və komandaya uyğunlaşmaq üçün çox güc sərf etməliyəm. Azərbaycan yığmasında keçirdiyim vaxtla bağlı xatirələr mənimlə əbədi qalacaq”.

Qeyd edək ki, Polina Braziliyanın “Sesi Bauru” klubunun şərəfini qoruyur.