Bu gün Azərbaycan çempionu "Araz" futzal üzrə Çempionlar Liqasında mübarizəyə start verəcək.

Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisi ilkin mərhələdə Yunanıstanda AEK-lə qarşılaşacaq.

Afinadakı "Dias Sports Hall"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. 

Qeyd edək ki, cütün qalibi 1 oyunla müəyyənləşəcəyindən güclü tərəf növbəti mərhələyə yüksələcək.

28 noyabr

Çempionlar Liqasının ilkin mərhələsi

16:30. AEK (Yunanıstan) - "Araz" (Azərbaycan)

Hakimlər: KARL HYUZ, Valentin Syuplea, Konstantinos Farmakis

Afina, "Dias Sports Hall".