Azərbaycanın "Araz" klubunun futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibi bəlli olub.

Offsideplus.az  xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda bu raunda Yunanıstan AEK-i ilə üz-üzə gələcək.
Duelin taleyi bir oyundan ibarət olacaq və görüş Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar Yunanıstanda keçiriləcək. İlkin mərhələnin oyunları 24 - 29 noyabrda təşkil ediləcək.