Futzal üzrə yığma komandamızın üzvü Eduardo Borges karyerasını Belçikanın “Halle Gooik” klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, son 3 mövsümdə Fransanın “Acces Futsal” klubunda çıxış edən müdafiəçi bu dəfə Belçika çempionu ilə anlaşıb.

O, qarşıdakı 1 ili bu komandanın heyətində keçirəcək.