NBA ulduzlarından olan Kevin Durant futbol klubunun sahiblərindən biri olub.

Offsideplus.az xəbər verir ki, “Bruklin Nets”in basketbolçu MLS təmsilçisi “Filadelfiya Yunion”un səhmlərinin 5 faizini alıb.

Durantın futbol klubundakı payı ən azı 16,25 milyon dollar qiymətləndirilir. Onun klubun səhmlərinin daha 5 faizini almaq hüququ olduğu bildirilib.