Milli Basketbol Asossasiyasında (NBA) cari mövsümün final seriyasının nə vaxt başlayacağı bəlli olub.

Offsideplus.az xəbər verir ki, final seriyası 30 sentyabrda start götürəcək.

8-ci yerin sahibini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş turnir 16-17 avqustda keçiriləcək. Pley-offun ilk mərhələsi 18 avqustda, ikinci mərhələ 1 sentyabrda, konfrans finalları isə 15 sentyabrda başlayacaq.

Qeyd edək ki, NBA iyulun 31-də 22 komandanın iştirakı ilə bərpa olunacaq. Oyunlar Orlandoda boş tribunalar önündə keçiriləcək.