Basketbol üzrə kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb.

Offsideplus.az Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi yarış 28 iyun - 3 iyul 2021-ci ildə olacaq.

Qeyd edək ki, B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaq.