"Azərreyl” klubu növbəti transferini rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan milli komandasının voleybolçusu Yuliya Kərimova ilə danışıqları müsbət yekunlaşdırıb.
Məlumatı klubun rəsmi "Facebook" səhifəsi yayıb.

Son mövsümü İsrailin “Makkabi” (Hayfa) klubunda oynayan 35 yaşlı libero ilə 1 illik müqavilə imzalanıb.