Azərbaycanın voleybol üzrə avrokubokların 2020/21 mövsümündəki təmsilçilərindən biri müəyyənləşib.

Offsideplus.az az xəbər verir ki, bu, Bakının “Azərreyl” klubudur.

Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Azərbaycan Super Liqasının liderinə ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmək hüququ verilib. Yarış başa çatmasa da, Azərbaycan Voleybol Federasiyası ölkənin ən köklü klubunun yenidən Avropada iştirakını məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi Çelenc kubokunda mübarizə aparacaq. Ölkəmizi Çelenc kubokunda daha bir klubun təmsil etməsi istisna deyil. Həmin komandanın qadınlardan ibarət “Murov” klubu olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında oynamaq hüququna malik olsa da, qitənin ən yüksək səviyyəli yarışına qatılmayacaq. // APA