Amerika Milli Basketbol Assosiasiyası (NBA) koronavirusa görə bütün qarşılaşmaları qeyri-müəyyən vaxta qədər təxirə salıb.

Offsideplus.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, "Yuta Caz"ın oyunçularından birində virus aşkarlanıb. Testin nəticəsi "Oklahoma Siti" ilə görüşündən əvvəl bəlli olub.

NBA daha sonra bütün oyunların təxirə salınması ilə bağlı qərar qəbul edib.