Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli təyinat alıb.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz kişi komandaları arasında CEV kubokunun 1/4 final mərhələsinin cavab oyununun - “Zenit” (Rusiya) və “Hypo Tirol Alpenvolleys Haching” (Avstriya) qarşılaşmasının supervayzeri olacaq.
Qeyd edək ki, matç martın 3-də Sankt Peterburqda “Sibur Arena”da təşkil ediləcək.