Azərbaycan Super LiqasıYüksək Liqasında II dövrənin başlayacağı vaxt açıqlanıb.

Offsideplus.az xəbər verir ki, ölkə çempionatının ikinci yarısı fevralın 25-də start götürəcək.

Həmin gün Yüksək Liqada “Express” “Neftçi” ilə üz-üzə gələcək. Saat 15:00-da start götürəcək oyun “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

Super Liqada isə iki qarşılaşma oynanılacaq. Öncə - saat 15:00-da “Murov”la “Azərreyl” münasibətlərinə aydınlıq gətirəcək. Oyunu “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq. Bu görüşdən 3 saat sonra isə meydana “Mübariz”lə UNEC çıxacaqlar. Hər iki matç Dərnəgül Voleybol Mərkəzində olacaq.