Rusiya və Belarus Prezidentləri – Vladimir Putin və Aleksandr Lukaşenko Soçidəki danışıqlara ara verib və xokkey oynamağa gediblər.

Offsideplus.az xəbər verir ki, ənənəyə uyğun olaraq, Putin buz üstünə 11, Lukaşenko isə 1 nömrə altında çıxıb. Onlar eyni komandada oynayıblar. Matç Prezidentlərin qələbəsi ilə başa çatıb – 13:4. Oyunda, həmçinin Belarus liderinin oğlu Nikolay da iştirak edib.

Qeyd edək ki, bu, onların ilk xokkey oyunu deyil. Bir il əvvəl də onlar Soçidə üç günlük danışıqları xokkey oynamaqla davam etmişdilər.