Xorvatiyanın Osiek şəhərində təşkil olunan futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsində son turun oyunları keçirilir.

Offsideplus.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu milli komandamız Slovakiya yığması ilə üz-üzə gəlib. Xorvatiyanın Osiek şəhərindəki "Gradski vrt Arena"da təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Bununla da Azərbaycan millisi C qrupunda mübarizəni 4 xalla başa vurub. Slovakiya isə 1 xalla sonuncu olub.

Qrup qalibi və elit-raunda vəsiqə verən ikinci yerin sahibi saat 23:00-da başlanacaq Xorvatiya - Rusiya matçından sonra müəyyənləşəcək. Rusiya bu görüşdə qələbə qazana bilməsə, Azərbaycan qrup ikincisi kimi elit-raunda yüksələcək. 

DÇ-2020-nin elit-raund

C qrupu

20:00. Azərbaycan - Slovakiya 3:3

Qollar: Marian Hudek, 9. Matuş Şevçik, 31. Matuş Kiyovski, 40 - Rafael Vilela, 17. Matuş Kiyovski, 29 (öz qapısına). Bolinya, 40

“Qradski vrt Arena”