Əfsanəvi NBA ulduzu Kobi Brayant ilə birlikdə 13 yaşlı qızı Cianna "Cici" Brayant həyatını itirib.

Offsideplus.az xəbər verir ki, gənc olmasına rəğmən istedadı ilə diqqət çəkən Cianna gələcəyin ulduzları sırasında göstərilirdi.


Kobi Brayant tez-tez qızı ilə birgə NBA matçı izləməyə gedirdi. Keçən həftələrdə qızı ilə izlədiyi basketbol matçında ona taktikalar öyrətdiyi görüntülər yayılmışdı.

 Qəza baş verdiyi vaxt da ata ilə qızı basketbol matçı izləməyə gedirmişlər.


Kobi Brayant qonaq olduğu tok-şou proqramında qızı barədə bu ifadələri işlətmişdi: "Küçədə məni görəndə, "kaş bir oğlun olardı və sənin yolunu davam etdirərdi" deyirlər. Cianna isə "mən burdayam, mən davam etdirəcəm" deyir. Bəli, həqiqətən də, mənim yolumu o davam etdirəcək"...

Kobi Brayant 4 qız atası idi. Ən kiçik qızı 7 aylıqdır.

Kobi Brayant və Cianna Brayantın ölümünün ardından ata-qız basketbol oynadığı görüntülər sosial mediada paylaşılır.