Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında “MOİK” “Azərreyl”lə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, I tur çərçivəsində baş tutan matç Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində təşkil olunub.

Görüş “MOİK”-in qələbəsi ilə yekunlaşıb. Onlar Yüksək Liqada debüt edən rəqiblərini ilk setdə 25:18 hesabı ilə məğlub ediblər. İkinci hissə də “Azərreyl” üçün uğurlu alınmayıb – 16:25. Üçüncü set isə oyunun hesabını müəyyənləşdirib. Bu dəfə 25:20 hesabı ilə qələbə qazanan “MOİK” mövsümə 3:0 hesablı üstünlüklə başlayıb.
Qeyd edək ki, I turun açılış matçında “Neftçi” “Murov”u 3:0 hesabı ilə məğlub edib.