İngiltərənin paytaxtı Londonda keçirilən tennis turnirində maraqlı nəticə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, dünya reytinqinə başçılıq edən Rafael Nadal reytinqdə 7-ci olan Aleksandr Zverev ilə qarşılaşıb.

1 saat 24 dəqiqə davam edən qarşılaşma Zverevin qələbəsi ilə yekunlaşıb - 6-2, 6-4.

Yarışın üçüncü günündə Roje Federer - Mateo Berretini və Novak Cokoviç - Dominik Tiem qarşılaşmaları oynanılacaq.