Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsi davam edir. 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz “Araz” bu gün ikinci oyununa çıxıb.

Joze Alesionun komandası Portuqaliya çempionu “Benfika” ilə qarşılaşıb. Görüş rəqibin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, dünən Belçika klubu “Halle Gooik”lə qarşılaşan "Araz" 1:5 uduzub.