Azərbaycanın gənc qızlardan və oğlanlardan ibarət yığmalarının 17-19 noyabrda keçiriləcək 23 yaşa qədər cüdoçuların Avropa çempionatına hazırlığı başa çatıb.
Offsideplus.az xəbər verir ki, Almaniyanın Potsdam şəhərində keçiriləcək yarışda Azərbaycan qızlar və oğlanlar arasında 14 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov milli yığmaların təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlığı ilə maraqlanıb, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu edib.
Avropa çempionatında cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç, böyüklərdən ibarət milli komandanın məşqçisi Rüstəm Alimli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
İdmançılar 17-18 noyabrda çempionatın fərdi yarışlarında, 19 noyabrda isə komanda yarışlarında iştirak edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq.
Könül Əliyeva
-52 kq.
Aydan Vəliyeva
-57 kq.
Fidan Əlizadə
-63 kq.
Aytac Qardaşxanlı
-70 kq.
Südabə Ağayeva
-78 kq.
Nərmin Əmirli
+78 kq.
Nigar Süleymanova
Oğlanlar
-60 kq.
Məhəmməd Musayev
-66 kq.
Aydın Rzayev
Qasım Vəlizadə
-73 kq.
Qadir Hüseynov
Nəriman Mirzəyev
-81 kq.
Məhərrəm İmamverdiyev
-90 kq.
İsmayıl Zamanov
-100 kq.
Ruslan Nəsirli
+100 kq.
Kənan Nəsibov