“Qəbələ” İdman Klubunun döyüşçüsü Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, idmançımız bu dəfə Türkiyədə uğur əldə edib. O, Mersin şəhərində təşkil olunan muay-tay yarışında qüvvəsini sınayıb.

75 kq çəki dərəcəsində çıxış edən “Kobra” ləqəbli Abdullayev Türkiyə təmsilçisi İsmayıl Uzuner ilə qarşılaşıb. Pərviz bu döyüşdə qalib gələrək, rinqi qələbə ilə tərk edib.