Cüdoçumuz Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Mattias Kasseyə (Belçika) məğlub olub.

73 kq-da yer alan Hidayət Heydərov bürünc medala sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nurlan Osmanova qalib gəlib.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq.