Bakıda karate üzrə Premyer Liqa turniri start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı mübarizəyə qoşulacaq. Kişilərin kumite yarışında 60 kq çəki dərəcəsi üzrə Sultan Hüseynovla Əminağa Quliyev, 67 kq-da Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Rafiz Həsənov, 75 kq-da Fərid Ağayev tatamiyə çıxacaq.

Qadınlardan isə İnci Əzizova (50 kq) və Mədinə Sadiqova (55 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, turnir 2-4 sentyabr tarixlərində keçiriləcək.