"Fənərbağça" müdafiəsini gücləndirməyi planlaşdırır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Jon Lukumi ilə maraqlanır.
Bu barədə məlumatı "Corriere di Bologna" nəşri yayıb.
Oyunçunun dəyəri 18 milyon avrodur. Amma İtaliya təmsilçisi mövsümün sonuna kimi kolumbiyalını heyətində saxlamaq niyyətindədir.
Qeyd edək ki, Lukumi bu mövsüm 14 qarşılaşmada 1 məhsuldar ötürmə edib.